Dünyanın ən gözəl qadını - FOTOSESSİYA

12:24 | 03.06.2014
Dünyanın ən gözəl qadını - FOTOSESSİYA

Dünyanın ən gözəl qadını - FOTOSESSİYA

Aida özünü “müasir dünyada yaşayan vintaj qız” adlandırır 

 

Keçən il “Beautiful Women Pedia” dünyanın ən gözəl qadınını seçdi – İdda von Munster.

 

Bəs siyahıda Meqan Foksu, Monika Belluçini geridə qoyan İdda, yəni Aida kimdir?

 

1990-cı ildə Bosniyada doğulan Aida özünü “müasir dünyada yaşayan vintaj qız” adlandırır.

 

Əsasən 1920-60-cı illər dəbində geyinən və makiyaj edən Aida keçmiş Hollivud ulduzlarından ilham alır. Hazırda Bosniyada yaşayır və əczaçılıq üzrə təhsil alır.

 

O, yalnış dövrdə doğulduğunu düşünsə də, müasir dünyanın internet imkanlarından maksimum faydalanır. bloqu, saytı, “Instagram”, “Facebook” hesablarından gündəlik vintaj görünüşlərini paylaşır, bəzən vizajist və stilist kimi təkliflər də alır.

 

Ana dilindən başqa ingilis, alman dillərində səlis danışır. Bosniyada təşkil olunmuş ilk burlesk şouda iştirak edib, “Vogue” jurnalının italyan nəşri ilə əməkdaşlıq edib. Hobbiləri tikiş, film izləmək, kitab oxumaq, səyahət etmək və vintaj əşyalar almaqdır.

 

Ailem.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM