Dünyanın hərbiləşmiş ölkələri - SİYAHI

13:38 | 10.12.2014
Dünyanın hərbiləşmiş ölkələri - SİYAHI

Dünyanın hərbiləşmiş ölkələri - SİYAHI

Qlobal hərbiləşdirmə indeksinə görə Azərbaycan dünya reytinqində 10-cu yeri tutur.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Bonnda Beynəlxalq Konversiya İnstitutu (BICC) tərəfindən keçirilən Qlobal Hərbiləşdirmə İndeksinin (Global Militarization Index 2013) son tədqiqatında deyilir.  Ötən il Azərbaycan reytinqdə 8-ci yeri tutub.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq, hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150 ölkəsini qiymətləndirirlər.
Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.

"Global Militarization Index" reytinqində ilk üç yeri İsrail, Sinqapur və Ermənistan tutur. Sihayıda 4-cü yerdə Suriya, 5-ci yerdə - Rusiya qərarlaşıb. Tədqiqatların müəllifləri Qafqazda hərbi potensialın sürətlə artırılmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.

ANN.Az
 
Azərbaycan hərbiləşmiş ölkələr siyahısına daxil oldu - See more at: http://axar.az/news/37231#sthash.zlITKfE7.dpuf

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb