Dollar bahalaşdı, avro ucuzlaşdı

13:03 | 05.03.2015
Dollar bahalaşdı, avro ucuzlaşdı

Dollar bahalaşdı, avro ucuzlaşdı

 Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.

"APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0494 manat səviyyəsində müəyyən edilib. Bu ötən gündən 0,0001 manat və ya 0,01% çoxdur.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0113 manat və ya 0,97% ucuzlaşaraq 1,1607 manat olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb