Dörd günlük "Yapon bağı" - FOTOLAR

09:24 | 19.10.2015
Dörd günlük

Dörd günlük "Yapon bağı" - FOTOLAR

Bakı şəhər sakinlərinin daim gəlib-getdikləri, istirahət etdikləri məkanlardan biri də yaşıllıqlarla əhatə olunmuş parklarımız və bağlardır. Bu yaxınlarda, dörd gün əvvəl şəhərin Xətai rayonu ərazisində salınmış "Yapon bağı” adlı yaşıllıq sahəsinin salındığını eşidib buraya baş çəkdik.

 

Düşündüm ki, yəqin uzaq ölkənin mədəniyyətinin bir parçasını, gözəlliyini görmək imkanım olacaq. Əraziyə çatan kimi bağın girişin qadağan olunduğunu bildirən lentlə dövrəyə alındığını gördüm. Məndən başqa burada ailəsi, uşaqları ilə gələnlər də vardı və onlar da cəmi 3-4 gün əvvəl açılışı olan bağın belə tezliklə bağlanmasından narazılıqlarını bildirirdilər. Bağı gəzmək imkanından məhrum olduqlarını anlayanlar bağı hasarlayan lentin qabağında dayanıb uşaqlarının fotolarını çəkməklə kifayətləndilər.

 

İçəridə salınmış hovuzun da çirkli və susuz olması diqqətimi çəkdi. Bağın ətrafında işləyən fəhlələrdən birindən buranın hansı səbəbdən belə tezliklə bağlandığını soruşduqda o çiynini çəkməklə "belə lazım bildilər, bağladılar” deyərək uzaqlaşdı... 

 

 

Fərqanə Novruzova

Fotolar müəllifindir.


 

 

 

 

 

 

 

 

 

 

 

 



 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb