"Düha"ların nümayişi - FOTOLAR

09:48 | 01.07.2015

"Düha"ların nümayişi - FOTOLAR

"Art Villa” qalereyasında qrafik dizayner və illüstrator  Rəsul Həsənovun sərgisi keçirilib.

ANN.Az xəbər verir ki, sərgidə rəssamın foto-illüstrasiya üslubunda hazırladığı "Düha" adlı portretləri nümayiş olunub.

Tədbiri açıq elan edən Rəsul Həsənovun sözlərinə görə, sərginin "Düha" adlandırılması tariximizdə mühüm rol oynamış dahi şəxslərin portretlərinin bura daxil olunması ilə bağlıdır. Qeyd edək ki, sərgidə portretlərlə yanaşı obrazlar da nümayiş etdirilib. Portretlər və obrazlar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Fətəli Xan Xoyski, Vaqif Mustafazadə, Üzeyir Hacıbəyov, Abbasqulu ağa Bakıxanov, Xurşudbanu Natəvan, eləcə də Lev Tolstoy, Frank Sinatra və s. kimi dünya tarixində böyük rol oynamış şəxslər yer alıb.

Qrafik dizayner və illüstrator Rəsul Həsənov 1991-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Texnologiya və Dizayn" fakultəsini bitirib. 2004-cü ildən dizayn sahəsində çalışmağa başlayıb. Portretlər silsiləsinin yaranma tarixi isə üç il əvvələ söykənir. Fotorealistik üslubda hazırlanan portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi yenidən oyatmağa yönəldilib.

"ArtsCounsil Azerbaijan" tərəfindən keçirilən sərginin rəsmi açılışı iyunun 30-da olub və bu gün də sərgi davam edəcək. Sərginin kuratoru Fəridə Qarayeva.

Rəsmi açılış 30 iyun, saat 19:00. Giriş sərbəstdir.


Sərgidən hazırlanmış fotosessiyanı oxuculara təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM