Dünya Bankı Azərbaycan üzrə proqnozları pisləşdirdi

13:13 | 08.06.2016
Dünya Bankı Azərbaycan üzrə proqnozları pisləşdirdi

Dünya Bankı Azərbaycan üzrə proqnozları pisləşdirdi

Dünya Bankı Azərbaycan iqtisadiyyatına dair proqnozlarını aşağı salıb. Bank 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 1,9% azalacağını gözləyir.

Fins.az "Marja”-ya istinadən xəbər verir ki, bu barədə, Dünya Bankının "Qlobal İqtisadi Gözləntilər Hesabatı"nın (GEP) İyun 2016 sayında bildirilir.

Qeyd edək ki, hesabatın yanvar ayı sayında, Dünya Bankı, Azərbaycan iqtisadiyyatının 0,8% artacağını təxmin edirdi. 

Son hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə 0,7%, 2018-ci ildə isə 1,3% artacaqdır. Əvvəlki hesabatda Azərbaycan iqtisadiyyatının 2017-ci ildə 1,2%, 2018-ci ildə isə 2,7% artacağı proqnozlaşdırılmışdı.

Hesabat ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, Aprelin əvvəlində Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko bildirmişdi ki, Dünya Bankı Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozunu dəyişə bilər. 

"Hal-hazırda 2016-cı il üçün Azərbaycanla bağlı iqtisadi inkişaf proqnozunun 0,8% olmasına baxmayaraq, bu rəqəm dəyişə bilər. Bank sektorundakı aparılan konsolidasiya və neft qiymətlərinin aşağı düşəcəyi ilə bağlı gözləntilər ölkə üzrə iqtisadi proqnoza əhəmiyyətli dərəcədə təsir edən əsas amillərdir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb