Dünyanın bir sıra aviaşirkətləri İran üzərindən uçuşları dayandırıb

23:15 | 13.04.2024
Dünyanın bir sıra aviaşirkətləri İran üzərindən uçuşları dayandırıb

Dünyanın bir sıra aviaşirkətləri İran üzərindən uçuşları dayandırıb

Niderlandın "KLM”, Avstraliyanın "Qantas” və Avstriyanın "Austrian Airlines” şirkətləri İran üzərindən uçuşları dayandırıblar, Almaniyanın "Lufthansa” şirkəti isə sözügedən ölkəyə uçuşları dayandırıb.Bu barədə daşıyıcı şirkətlər məlumat veriblər.

Bu qərar İranın İsrail hədəflərinə hücumunun qaçılmaz olduğuna dair siqnallara görə verilib.

"KLM” hava daşıyıcısı Tel-Əvivə və əks istiqamətdə uçuşlar istisna olmaqla, həm İran, həm də İsrail üzərində uçuşları dayandırdığını bildirib.

Eyni səbəbdən Avstriyanın "Austrian Airlines” aviadaşıyıcısı İran üzərindən uçuşları dayandırıb.

Avstraliyanın "Qantas” şirkəti də analoji qərarını açıqlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb