Dövlət katibi: "Baydenlə Putin yaxın həftələrdə görüşəcəklər"

10:27 | 20.05.2021
Dövlət katibi:

Dövlət katibi: "Baydenlə Putin yaxın həftələrdə görüşəcəklər"

"ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər”.

Anews.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın "RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

Dövlət katibi "Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: "Sözsüz, mən görüş yeri kimi buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra bu işlə məşğul olacağam”.

Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb