Əgər Qarabağda müharibə olsa...

10:45 | 24.07.2018
Əgər Qarabağda müharibə olsa...

Əgər Qarabağda müharibə olsa...

Artıq Ermənistanın onların strateji tərəfdaşı olmadığını Moskvada da anlayırlar. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağda müharibəyə icazə verməyəcəyi haqqında sözləri arzularını reallıq kimi qəbul etmək istəyindən başqa bir şey deyil. Bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Paşinyanın komandası bu gün fəal şəkildə mümkün qədər tez bir zamanda rus hərbçilərinin Ermənistandan çıxarılmasına çalışır. Onlar açıq şəkildə qərbə, NATO-ya yaxın olmaq istəyiklərini də dilə gətirirlər.

"Moskva əlbətdə ki, Bakı və İrəvan arasında yeni müharibədə maraqlı deyil. Amma Rusiyanın Qarabağ münaqişəsinə münasibəti ilk növbədə onun milli maraqlarından irəli gəlir”.  

Bunun üçün Azərbaycanın gücdən istifadə edəcəyi təqdirdə Moskvanın olduqca sakit şəkildə reaksiya verəcəyini demək olar.  Mixaylovun sözlərinə görə,  bu savaş olsa Azərbaycan ərazisində olacaq. Bu isə o deməkdir ki, KTMT-nin bu savaşa müdaxiləsi üçün heç bir səbəb yoxdur. Bu hərbi birləşmənin rəhbəri özü də hər hansı hərbi əməliyyata müdaxilə etməyəcəklərini dəfələrlə bildirib.

Moskva da günü-gündən daha çox adam bu gün ermənilərin Rusiya üçün heç də ən yaxşı tərəfdaş olmadığını anlamağa başlayır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb