Əhməd Cavadın məşhur əsəri ermənilərin adına çıxarıldı

09:25 | 06.05.2014
Əhməd Cavadın məşhur əsəri ermənilərin adına çıxarıldı

Əhməd Cavadın məşhur əsəri ermənilərin adına çıxarıldı

Türkiyə hökuməti erməni ozan Sayat Novanın əsərlərini nəşr etdirməyə hazırlaşır.ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, Novanın əsərləri bir topluda yığılaraq eyni kitabda həm türkcə, həm də ermənicə nəşr olunacaq. Mədəniyyət və turizm nazirliyi tərəfindən hazırlanan layihəyə əsasən artıq erməni tərcüməçilərlə razılığa gəlinib və kitabın bu ilin iyun ayında satışa çıxarılması planlaşdırılır. Qəribədir ki, bu barədə xəbəri yayan Türkiyə mənbələri böyük Azərbaycan şairi, Azərbaycan dövlət himnini yazan Əhməd Cavada aid “Çırpınırdı Qaradəniz” şeirini də Sayat Novanın əsərləri arasında göstərib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM