• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR danışan kartlar istehsal edib

SOCAR danışan kartlar istehsal edib
19.08.2015 13:45

Beynəlxalq kart pula qənaət etməyə imkan verir.

Azərbaycan Dövlət Neft Şirkəti Ukraynada "İnternational card” adlı xüsusi beynəlxalq yanacaq kartı buraxıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə AZƏRTAC-a Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.

SOCAR-ın buraxdığı xüsusi beynəlxalq yanacaq kartı Ukrayna sakinlərinin özlərinə məxsus və ya kirayə götürülmüş avtomobillərdə Gürcüstan ərazisində daha rahat hərəkət etmələrinə, valyuta mübadiləsi məntəqələri və keyfiyyətli yanacaq axtarmaq üçün vaxt itkisini aradan qaldırmağa imkan verir. 

Məlumata əsasən "İnternational card” sahibləri yanacaq haqqını öz ölkəsində, məsələn Ukraynada milli valyuta ilə nağdsız qaydada ödəyərək, sonra Gürcüstanda heç bir tranzaksiya əməliyyatı aparılmadan yanacaq ala bilərlər. Gürcüstandan Ukraynaya turist kimi, ezamiyyətə və başqa məqsədlə gedən şəxslər üçün də bu kartlarla işləmək prinsipi eynidir. 

"İnternational card” beynəlxalq yanacaq kartının bir sıra üstünlükləri var. Yeni vasitəsi ilə valyuta dəyişməyə xərclər, habelə Ukraynada və Gürcüstanda yanacağın qiymətindəki fərqlər aradan qalxdığı üçün pula qənaət etmək olar. Həmçinin başqa ölkədə yanacaqdoldurma stansiyalarının xidmətindən istifadə edərkən dil baryeri aradan qaldırılır.

SOCAR-ın beynəlxalq yanacaq kartları Ukraynada və Gürcüstanda SOCAR-ın brendi ilə işləyən bütün yanacaqdoldurma komplekslərində qəbul edilir.

Hazırda Ukraynada bu cür komplekslərin sayı 53, Gürcüstanda 112-dir. "İnternational card” vasitəsilə avtomobilə neft məhsullarının bütün növlərini – benzin, dizel yanacağı və maye qaz doldurmaq olar. Bu kartlar həm turistlərin, həm də hüquqi şəxslərin neft məhsulları almasını təmin edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol