“WhatsApp” “iPhone” üçün messencerin veb versiyasını istifadəyə verdi

"WhatsApp” şirkəti "iOS” mobil platforması üçün eyni adlı kliyentinin masaüstü versiyasını çıxarıb.
Xatırladaq ki, "WhatsApp”ın veb versiyası ilin əvvəlində çıxarılıb. Veb interfeysdən istifadə etmək kompüterdə "web.whatsapp.com” istinadına keçmək və mobil telefonun kamerasının köməyi ilə ekranda göstərilən "QR” kodu skaner etmək lazımdır.
Əgər istifadəçi "Edge”, "Internet Explorer” və ya "Safari” brauzeri ilə işləyirsə, xidmətin bütün imkanlarından istifadə mümkün olmayacaq. Bu zaman proqram aşağıdakı məlumatı göstərəcək: "WhatsApp Web”-in bütün funksiyalarından istifadə etmək üçün "Chrome”, "Firefox” və ya "Opera”dan istifadəni tövsiyə edirik".
Xatırladaq ki, hazırda "WhatsApp” messencerinin istifadəçilərinin sayı 800 milyonu ötüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Son xəbərlər 
Daha çox 






















