• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan kənd təsərrüfatına dəstək

Unibankdan kənd təsərrüfatına dəstək
30.10.2015 17:24
Unibank 1 noyabr Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə kənd təsərrüfatı sahəsində çalışanları təbrik edir.

Yerli biznesə, bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. 9 ayın nəticələrinə görə, bölgələrə verilən mikrokreditlərin həcmi 24 milyon manata çatıb. Bank tərəfindən verilən biznes kreditlərinin statistikasında kənd təsərrüfatı ilə bağlı xüsusi artım qeydə alınıb. Sevindiricidir ki, bankın kredit verdiyi müştərilərinin siyahısı daha da genişlənib. İlin əvvəlindən bu yana Unibank-ın təkcə Sahibkarlara Komək Milli Fondunun xətti ilə kredit verdiyi sahibkarların 42%-i yeni müştərilərdir. Hesabat dövründə bu layihə çərçivəsində ümumi həcmi 2,1 milyon manat olan 113 kredit verilib. SKMF-nun vəsaitləri hesabına verilən kreditlər çox sərfəli şərtlərlə - illik cəmi 6% -lə verilir.

Unibank yerli istehsalçılara dəstək məqsədi ilə daha bir layihəyə qoşulub. Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığının nəticəsi olan "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nə qoşulan banka bu məqsədlə 8 milyon ABŞ dolları kredit ayrılıb. Layihə çərçivəsində Unibank kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 000 ABŞ dollarınadək sərfəli kredit təklif edir. Kreditlər illik 11,5%-lə, 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül” , "Yasamal”, "8 saylı” filialları və "Unibank biznes mərkəzi”nə müraciət edə bilərlər. Mikro-kredit götürmək istəyənlər isə 8 saylı, 10 saylı ("Əhmədli”), "Xalqlar”,” Neftçilər”, 9 saylı ("Bayıl”), "Xırdalan”, "Mərdəkan, regionlarda isə bütün filialların xidmətindən faydalana bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-biznesə dəstək!
Unibank- hər kəsin bankı!

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol