• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR sosial şəbəkələrdə yazılan bəzi məsələlərə aydınlıq gətirdi

SOCAR sosial şəbəkələrdə yazılan bəzi məsələlərə aydınlıq gətirdi
11.12.2015 14:12
Nizaməddin Quliyev: Bp şirkəti də işçiləri platformalardan təxliyyə etməyib

Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciədən sonra sosial şəbəkələrdə hadisədən bir gün öncə hava proqnozunu nəzərə alan Bp şirkətinin işçilərini dənizdəki platformalardan təxliyyə etməsi, SOCAR-ın qayığının keyfiyyəti, insanların təlim keçməməsi ilə bağlı bir sıra məlumatlar yayılıb.

"Report" xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bu yazılanlara AzTv-də aydınlıq gətirib. O qeyd edib ki, bu məlumatlar yanlışdır.
"Bp şirkəti də rəsmi olaraq bildirib ki, işçiləri platformalardan təxliyyə etməyib. Dünya təcrübəsində belə şey yoxdur. Əgər real partlayış təhlükəsi dəqiq bilinmirsə və əgər özülün dayağında qəza vəzyyəti yaranmayıbsa, işçilərin o özüldən çıxarılmasına ehtiyac yoxdur. Dünya təcrübəsində belə hal nəzərdə tutulmayıb. Bayır işləri ilə məşğul olmaq məsələsinə qaldıqda isə bayır işlərinin görülməsinə məhdudiyyət olmalıdır. Bizdə də bu məhdudiyyət qoyulub. Adi məntiqlə bu məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda bizim 8-9 nəfər xəstəmiz var. Onlardan yalnız bir nəfəri Respublika Yanıq Mərkəzindədir. Əgər, Allah etməmiş, həmin vaxt o insanlar bayırda olsaydı, yəni yaşayış blokunda deyil, iş yerində olsaydılar onların 70-80%-i Yanıq Mərkəzində olardılar. Belə hal yoxdur", - N.Quliyev bildirib.

Onun sözlərinə görə, bütün lazımi tədbirlər vaxtında görülüb.

Qayığın keyfiyyətsiz olması, insanların təlim keçməməsi ilə bağlı yazılanlara gəldikdə isə N.Quliyev qeyd edib ki, bununla bağlı mətbuat konfransında jurnalistlərə bir topa protokol təqdim olunub.

O xatırladıb ki, həmin protokollarda özüldə olan insanların dəniz şəraitində təhlükəsizlik qaydalarını öyrənməsi haqda konkret kurs keçmələri, imtahan vermələri və sertifikat almaları qeyd edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol