• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xarici tur paketlərin qiymətləri bahalaşacaq

Azərbaycanda xarici tur paketlərin qiymətləri bahalaşacaq
21.12.2015 15:25
Azərbaycanda üzən məzənnə siyasətinin həyata keçirilməsi daxili turizm üzrə deyil, yalnız getmə turizm üzrə turizm xidmətlərinin qiymətlərinin bahaşmasına səbəb olacaq.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, getmə turizmlə məşğul olan turizm şirkətləri xarici şirkətlərlə müqavilələri avro və ya dollarla hesablaşmalar əsasında bağlayırlar. Buna görə də manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi getmə turizm üzrə də tur paketlərin qiymətlərinin artmasına səbəb olacaq.

Qiymətlərin nə qədər bahalaşa biləcəyinə gəldikdə, M.Ağakərimov deyib ki, bu, turizm şirkətlərinin xarici şirkətlərlə bağladığı müqavilədən asılı olacaq: "Turizm şirkətləri bunu hələ dəqiqləşdirəcəklər. Bu, turizm şirkətlərinin xarici turizm şirkətləri ilə apardığı hesablaşmalar zamanı bilinəcək”.

M.Ağakərimov qeyd edib ki, turizm şirkətləri qiymətlərin bahalaşmasına görə artıq paket alan müştərilərindən əlavə pul almamalıdırlar. Belə hal olarsa, turistlərin hüquqlarının pozulduğunu deyən M.Ağakərimov qeyd edib ki, bu cür halların baş verməməsi üçün turist turizm şirkətləri ilə müqavilə bağlamalıdır.

Turistlərə ölkə daxilində istirahət etməyi məsləhət görən M.Ağakərimov əlavə edib ki, hazırda Azərbaycandan xaricə - Avropaya və digər ölkələrə istirahət üçün gedən turistlərin sayı azalıb.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol