• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şəbəkəsi Bakı Metropolitenində ən üstün əhatə dairəsini qoruyub saxlayır

Bakcell şəbəkəsi Bakı Metropolitenində ən üstün əhatə dairəsini qoruyub saxlayır
24.12.2015 12:05
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini hər yerdə, o cümlədən yeraltı məkanlarda da təqdim etmək məqsədilə öz şəbəkəsinin inkişafına daim investisiya yatırmaqda davam edir.

 Hal-hazırda Bakı Metropoliteninin bütün sahələrinə xidmət göstərən 127 2G və 3G baza stansiyası sabit siqnal qəbulunu təmin edərək, Bakcell abunəçilərinin həm metronun stansiya platformalarında, həm də tunellərində həmişə əlaqədə olmalarına imkan yaradır.

Bu yaxınlarda müstəqil üçüncü tərəf xidmət təchizatçısı tərəfindən Bakı Metropolitenində keçirilmiş şəbəkələrin keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, rəqibləri ilə müqayisədə əhəmiyyətli dərəcədə daha güclü əhatə dairəsinə malik olan şəbəkəsi ilə Bakcell şirkəti öz üstün mövqeyini qoruyub saxlayır. Bakcell abunəçiləri 2G və 3G şəbəkələrinin əhatə dairəsindən metronun girişlərində, stansiya birləşmələrində və platformalarda faydalana bilirlər. Metropolitenin bütün xətlərində tunellərdə Bakcell 2G şəbəkəsinin əhatə dairəsi 90%*, 3G şəbəkəsinin əhatə dairəsi isə 80%* təşkil edir. Müqayisə üçün qeyd edək ki, digər operator şəbəkəsinin metro tunellərində əhatə dairəsi xeyli zəifdir (78%*), metropolitenin əksər sahələrində isə 3G şəbəkəsinin əhatə dairəsi heç yoxdur.

Bu gün Bakcell abunəçiləri mobil rabitə xidmətlərindən və Facebook, Instagram, WhatsApp, Twitter və s. bu kimi sevimli mobil tətbiqlərdən istədikləri zaman hər yerdə, hətta metronun yeraltı tunellərində hərəkətdə olarkən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkəti öz abunəçiləri üçün əhatə dairəsi, məhsuldarlıq və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə daha geniş və güclü olan şəbəkənin təmin olunmasından məmnunluq hissi duyur.

*Qeyd: Şəbəkənin yaxşı əhatə dairəsi 100 dB-dən yuxarı siqnal gücü hesab edilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol