• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF daşınmaz əmlak və səhm portfelini böyüdüb

ARDNF daşınmaz əmlak və səhm portfelini böyüdüb
30.12.2015 17:04
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində dəyişiklik edilib.
 
ARDNF-dən "APA-Economics”ə bildirilib ki, yeni investisiya siyasətinə əsasən səhmlər və daşınmaz əmlaka investisiyaların həcmi artırılıb.
 
Belə ki, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş yeni investisiya siyasətinə əsasən, maksimum yuxarı uzaqlaşma intervalı 2 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər. Qeyd edək ki, buna qədər ARDNF  investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədərini daşınmaz əmlaka yatıra bilərdi.
 
Bundan başqa, yeni investisiya siyasətinə əsasən, səhm portfelinin həcmi artırılıb. Belə ki, yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10%-i yox, 15%-ni səhmlərə yönəldilə bilər.
 
Qeyd edək ki, investisiya siyasətində qızıla investisiyalarla bağlı dəyişiklik yoxdur. Yəni əvvəlki investisiya siyasətində olduğu kimi maksimum yuxarı uzaqlaşma intervalı 3% olmaqla Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. Borc öhdəlikləri və pul bazarları alətləri portfeli – maksimum aşağı uzaqlaşma intervalı 5% olmaqla investisiya portfelinin məcmu dəyərinin 70%-i həcmində ola bilər.
 
İnvestisiya siyasətinə əsasən 2016-cı ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol