• $
  • €
  • ₽
  • ₺
  • £

"CinemaPlus"un daha 5 kinoteatrı açılacaq

"CinemaPlus"un daha 5 kinoteatrı açılacaq
14.01.2016 15:19
Azərbaycanın premium kinoteatrı "CinemaPlus"un idarəetməsinə daha 5 yeni kinoteatr daxil ediləcək.
 
Bu barədə "Report"a kinoteatrın baş direktoru Zaur Dərabzadə məlumat verib.
 
Onun sözlərinə görə, bu il Gəncə şəhərində regionun ilk kinoteatrı istifadəyə veriləcək: "Gəncə şəhəri Nizami Gəncəvi küçəsində yerləşən "Xəmsə park" ticarət mərkəzinin 5-ci mərtəbəsində olan kinoteatr bütün lazımi avadanlıqlarla təmin olunub. 5 zallı və ümumi oturacaq sayı 460 nəfərlik kinoteatr 3D texnologiyaları ilə təchiz edilib. Bu il üçün açılması planlaşdırılan növbəti kinoteatr "Gənclik mall" Ticarət Mərkəzində yerləşir ki, orada 9 zal olacaq. Bu da ölkənin ən böyük kinoteatrı olacaq. Bundan başqa, bu il "Amburan mall"da da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub". Baş direktor onu da əlavə edib ki, 2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb. Baş direktor bildirib ki, onlar daha beş kinoteatr açmaqla bağlı təşəbbüsü Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi" haqqında fərmandan sonra irəli sürüb. "Yeri gəlmişkən, insanların asudə vaxtlarını yaxşı keçirməsinə dəstək olmaq üçün "CinemaPlus"un idarəçiliyindəki kinoteatrlarda qiymətlər əlverişli olacaq", - deyə Z.Dərabzadə əlavə edib.
 
Qeyd edək ki, dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan iqtisadi problemlər fonunda restoran və kafe kimi daha çox xərc tələb edən yerlərə getməkdənsə, insanlar "CinemaPlus"un təklif etdiyi münasib şərtlərdən faydalanaraq mədəni istirahət edə biləcək. Xatırladaq ki, hazırda "CinemaPlus" yalnız "28 Mall" Ticarət Mərkəzində fəaliyyət göstərir. Keçən ilin dekabrın 17-də 3 il fəaliyyət göstərən "28 Cinema"nın adı dəyişdirilərək "CinemaPlus" olub.
 
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol