Azərbaycan şirkəti "Türk Hava Yolları"nı məhkəməyə verdi

"Aqat-R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Türk Hava Yolları"nın Azərbaycan nümayəndəliyini məhkəməyə verib.
"Report"un məlumatına görə, MMC dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan "Türk Hava Yolları"nın Azərbaycan nümayəndəliyi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə akt dəyişdirilmədən saxlanılıb. Daha sonra nümayəndəlik kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İşə Azərbaycan Ali Məhkəməsində baxılacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















