• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Qazaxıstan üçün gözətçi gəmiləri hazırlanacaq

Azərbaycanda Qazaxıstan üçün gözətçi gəmiləri hazırlanacaq
25.02.2016 18:39
Bu gün Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Sərhəd Xidmətinin direktoru, polkovnik Darxan Dilmanov ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün istiqamətlər üzrə əməkdaşlığın səmərəli nəticələr verdiyi vurğulanaraq qeyd olunub ki, o cümlədən sərhəd mühafizəsi sistemində də əlaqələrin möhkəmləndirilməsi və xidmətlər arasında mütəmadi təcrübə mübadiləsinin aparılması ölkələrimizin mənafeyinə uyğundur.

Odur ki, səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, fəaliyyət sahələri, Akademiyası və xüsusi Məktəbi ilə tanışlıq qazaxıstanlı qonaqlar üçün faydalı olacaq.  

Hər iki ölkənin Sərhəd xidmətləri arasında əməkdaşlıq imkanlarına toxunan tərəflər Xəzər dənizində sərhəd təhlükəsizliyi məsələlərində əlaqələri möhkəmləndirərək qeyri-leqal miqrasiyanın, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün birgə əməliyyat-profilaktik tədbirlər keçirməyin səmərəli olacağını vurğulayıblar.

Bununla yanaşı, bildirilib ki, güclü iqtisadi potensiala malik Azərbaycanda Qazaxıstanın Sərhəd Xidməti üçün gözətçi gəmilərinin və qayıqların inşası, helikopterlərin və gəmilərin təmiri, Akademiya xətti ilə mütəxəssislərin hazırlanması, habelə Avropa ilə Asiya arasında mühüm körpü rolu oynayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə tranzit yüklərin vaxtında və keyfiyyətlə daşınması üçün münbit şəraitin yaradılması qarşıda duran geniş fəaliyyət istiqamətlərindəndir.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi görüşdə əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol