• $
  • €
  • ₽
  • ₺
  • £

"Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır"

"Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır"
25.02.2016 16:26
Azərbaycanda qorunan manat əmanətləri üzrə faizlərin artırılması təklif olunur

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının vəsait ehtiyatlarında Mərkəzi Bankın (AMB) resurslarının payı 10%-dən çox deyil. Avropada isə bu göstərici 30-50% təşkil edir. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev deyib: "Ona görə də, Azərbaycanda uçot dərəcəsinin dəyişməsi bazara təsir etmir".

"Uçot dərəcəsinin qaldırılmasının səbəbləri əsasən Mərkəzi Bankın satdığı pulla Maliyyə Nazirliyinin manat istiqrazlarının faiz dərəcələri arasındakı fərqi azaltmaqdır. Belə ki, əgər manatla istiqraz üzrə gəlirlilik 8%-dirsə, ona görə də uçot dərəcəsi 3%-dən 5%-ə qaldırılıb. Uçot dərəcəsinin artırılması, həmçinin manat əmanətlərinin faiz dərəcəsinin yüksəlməsi istiqamətində atılmış bir addımdır. Belə ki, əgər AMB banklara ucuz kredit versə, banklar ondan vəsait cəlb edəcəklər. Amma uçot dərəcəsinin qalxması ona xidmət edir ki, banklar manat əmanətlərinin cəlbini artırsın. Buna isə yalnız əmanət faizlərinin artırılması ilə nail olmaq mümkündür. Çünki insanlar riskə yalnız yüksək gəlirlik olduğu təqdirdə gedə bilərlər", - deyə C.Abdullayev qeyd edib.

ABTM rəhbərinin fikrincə, əmanətlərin tam həcmdə sığortalanması və kompensasiya məbləğinin artırılması barədə qanun layihəsi də təsdiqlənməsə belə, artıq manat əmanətlərinə maraq müəyyən dərəcədə artıb. AMB-nin hesabatına əsasən, təkcə yanvar ayında 50 mln. manatlıq əmanət yerləşdirilib. Bununla yanaşı, Azərbaycan Banklar Assosiasiyası da qorunan manat əmanətləri üzrə faiz dərəcələrinin artırılmasına dair Əmanətlərin Sığortalanması Fonduna təkliflər təqdim edib.

C.Abdullayev hesab edir ki, dövlət büdcəsinin dolmasında, vergi daxilolmalarında problem olmasa, yeni devalvasiya gözlənilmir: "Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır. Çünki banklar sahibkara pul verməsə, əlbəttə, vergi yığımı da çox ola bilməz".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol