• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı
18.03.2016 18:00
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avropanın 8 ən güclü komandası bu tədbirdə 4 cütlüyə bölünüb.
 
Nəhənglərin taleyinə aydınlıq gətirən püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
 
Gələn ay baş tutacaq 1/4 finalın cütləri kor püşklə müəyyənləşib. Tədbir zamanı komandalar səbətlərə bölünməyib. Ən mötəbər turnirdə 5 ölkə təmsilçisi mübarizəni davam etdirir. Bunlar İspaniya təmsilçiləri "Real”, "Barselona”, "Atletiko”, Almaniya klubları "Bavariya”, "Volfsburq”, Fransa PSJ-si, İngiltərə "Mançester Siti”si və Portuqaliya "Benfika”sıdı.
 
İtaliya yığması və "Milan”dakı çıxışı ilə tanınan Canluka Zambrottanın çəkdiyi püşk "Bavariya”nın üzünə gülüb. Almaniya təmsilçisi 8 komanda arasında ən zəifi hesab edilən "Benfika”ya rəqib olub.
 
Püşkü "Real” üçün də uğurlu hesab etmək olar. Çünki "kral klubu” 1/4 finalda "Volfsburq”la cütlük təşkil edəcək.
 
"Barselona” İspaniya derbisində "Atletiko” ilə qarşılaşacaq. Digər cütlükdə isə "Mançester Siti” ilə PSJ münasibətlərini aydınlaşdıracaqlar.
 
 
1/4 finaldakı cütlüklər:
"Volfsburq" (Almaniya) - "Real" (İspaniya)
"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)
"Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)
PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
 
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol