• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hansı sahələrdə daha çox çalışırlar?

Azərbaycanda hansı sahələrdə daha çox çalışırlar?
25.03.2016 19:43
Bu ilin fevral ayının yekununa görə, Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin sayı 4 milyon 921 min nəfər olub.
 
Fins.az-ın  Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, bunun 4 milyon 676,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Muzdla işləyənlərin sayı 1 milyon 488,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 874,7 min nəfər, qeyri-dövlət sektorunda isə 613,6 min nəfər olub.
 

İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 454 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,9%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,2%-i emal sənayesində, 6,1%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,8%-i təhsil, 19,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,8%-i istirahət, əyləncə və incəsənət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
44

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol