• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteninin zərəri artıb

Bakı Metropoliteninin zərəri artıb
22.04.2016 13:29
"Bakı Metropoliteni" QSC 2015-ci ili 28,305 mln. manat zərərlə başa vurub. 

"Report"un verdiyi xəbərə görə, şirkətin zərəri əvvəlki illə müqayisədə 2,7% artıb.
Hesabat ilində Cəmiyyətin gəlirləri 90,566 mln. manat, xərcləri 118,871 mln. manat təşkil edib. Bu da öz növbəsində 2014-cü illə müqayisədə müvafiq olaraq 12,6% və 10,1% çoxdur.

Bununla yanaşı, sərnişindaşımadan gəlirləri 2014-cü illə müqayisədə 2,2% artaraq 43,005 mln. manata yüksəlib. Həmçinin, büdcədən subsidiyaların həcmi 5,47% artaraq 37,998 mln. manata çatıb.

Xərclərə gəldikdə, işçi heyəti üzrə xərclər 0,25% azalaraq 42,779 mln. manat, torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya xərcləri 14,67% artaraq 46,272 mln. manat, qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri isə 56,1% artaraq 234,115 min manat təşkil edib.

Hesabata əsasən, Metropolitenin aktivləri illik müqayisədə 10,75% artaraq 2016-cı il yanvarın 1-nə 2 226,771 mln. manata çatıb. Bu müddətdə Cəmiyyətin ödənilmiş nizamnamə kapitalı 18,67% artaraq 2 373,141 mln. manata yüksəlib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol