• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarın icazəsi olmadan biznes sirrini yayanlar sərt cəzalandırılacaq

Sahibkarın icazəsi olmadan biznes sirrini yayanlar sərt cəzalandırılacaq
27.04.2016 16:12
 Sahibkarın icazəsi olmadan biznes sirrinin və ixrac sənədlərinin qanunsuz yayılması barədə cəzalar ağırlaşdırılır

 Azərbaycanda sahibkarın razılığı olmadan kommersiya və bank sirrinin qanunsuz istifadə edilməsi, o cümlədən ixrac nəzarətinə aid sənəd və məlumatların yayılması ilə bağlı cəzalar ağırlaşdırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 202.2 və 202-1.2-ci maddələrinə dəyişikliklər edilir
.
Məcəllənin 202.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda qüvvədə olan maddə isə belədir: 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası.
 
Məcəllənin 202-1.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə isə ixrac nəzarətinə aid sənəd və məlumatları yayma külli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
 
Hazırda qüvvədə olan müddəyə görə isə cəza belədir: Beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə.
 
Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol