• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan DESFA-da səhmlərin 17%-ni "Snam"a satacaq

Azərbaycan DESFA-da səhmlərin 17%-ni "Snam"a satacaq
23.05.2016 11:24
Energetika naziri Natiq Əliyev: Bununla da DESFA məsələsi həll olunacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA-da tenderdə qalib gəldiyi 66% səhm zərfindən 17%-ni İtaliyanın "Snam" şirkətinə satacaq.

"Report" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev ANS-də yayımlanan "Hesabat" verilişində müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Yunanıstan tərəfi bu ilin sonuna kimi DESFA məsələsinin həll olunacağını bildirib.

"Yəni, ya Avropa Komissiyası burada Avropa İttifaqının qanunlarına ziddiyyət olmadığını qəbul etməlidir, ya da onların dediyi kimi, əldə olunan 66%-in 17%-i digər şirkətə satılacaq. SOCAR-ın 49% hissəsinin qalmasını və bu payı təsdiq edəcəklərini bildiriblər. Bu barədə danışıqlar aparılır. Biz buna razıyıq. Biz 66%-in 17%-ni İtaliyanın "Snam" şirkətinə satacağıq və bununla da DESFA məsələsi həll olunacaq", - deyə nazir əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol