• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC-in Vyana sammitindən müsbət qərar gözlənilmir

OPEC-in Vyana sammitindən müsbət qərar gözlənilmir
27.05.2016 22:13
OPEC ölkələrinin Vyanada keçiriləcək növbəti iclasına bir həftə qalsa da, üzv ölkələrin hər hansı razılıq əldə etməsi mümkün görünmür.
 
"Report" xəbər verir ki, neft qiymətlərinin artması Səudiyyə Ərəbistanı ilə İran arasında rəqabəti daha da qızışdırıb. Səudiyyə Ərəbistanının öz şərtlərini irəli sürməsi tərəflərə razılaşmaq imkanı verməyəcəyi ilə bağlı ehtimalları gücləndirib. Qeyd edək ki, İran tərəfi də hazırda hasilatın dondurulması və ya azaldılması ilə bağlı niyyətinin olmadığını bildirib.

Ekspertlərin fikrincə, təşkilatın daxilində qərar mexanizminin zəifləməsi ümumiyyətlə OPEC-in nüfuzunu itirməsinə səbəb olub. S.Ərəbistanının post-neft dövrü ilə bağlı planlarını açıqlaması isə onun OPEC-dən çıxması ehtimallarını artırıb. Dohada keçirilən son sammitdə S.Ərəbistanının neft hasilatını dondurma qərarını son anda iflasa uğratması, bu ölkənin gələcəkdə təkbaşına hərəkət etmək istədiyi barədə fikirlər yaradıb. Belə ki, Doha sammitindən sonra S.Ərəbistanı nəinki hasilatı dondurmaq istəmədiyini, hətta onun artırılması ilə bağlı niyyətini açıqlayıb.

"Reuters"in məlumatına görə, OPEC-in Vyana görüşündə razılığın əldə olunacağı gözlənilmir. Bazar tələbatın artması və təklifin azalması hesabına bərpa olunur və səbəbdən əlavə qərarların qəbul edilməsinə ehtiyac yoxdur. Qeyd edək ki, Rusiya tərəfi əvvəlcədən Vyana sammitinə qatılmayacağını açıqlayıb.
"Report"un analitik qrupu hesab edir ki, Vyana sammitində müsbət qərarın qəbul edilməməsi qısa müddətdə neftin qiymətini 46 dollar/barelə qədər azalda bilər. Daha sonra isə qiymətlərin yenidən 55 dollar/barelə qədər artması və 2016-cı ilin son rübünə qədər 40-55 dollar diapazonunda qalması proqnozlaşdırılır.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol