• $
  • €
  • ₽
  • ₺
  • £

Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilir

Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilir
06.06.2016 10:40
 Bakının Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilir.

 "Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, nəzərdə tutulan dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunacaq. Bunun əvəzinə sürücülər kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maeəsiz sağa doğru hərəkətlərini davam etdirə biləcəklər. Cəfər Xəndan küçəsinə rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.

Tətbiq olunacaq daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da, sıxlığl aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru ( Azadlıq metrostansiyası ) hərəkətinə qadağa qoyularaq, yan yola yönəldiləcək. Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olacaqlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə biləcəklər. Kəsişməyə bunun üçün əlavə işıqforlar quraşdırılacaq.

Sərnişin avtobuslarının prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə ( 6-cı mkrn. İstiqaməti ) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənəcək.

Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılacaq xüsusi dayanacağa daxil olduqdan sonra, M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər. Həmin küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq.

Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də həmin kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə biləcəklər.
Bundan əlavə, avtobusların dayanacaqlara rahat giriş-çıxışını təmin etmək, onların ümumi hərəkətə mane olmasının qarşısını almaq məqsədi ilə təmir işlərinin aparıldığı ərazidə ( Z.Bünyadov pr-ti-Cəfər Xəndan küç.-S.S.Axundov küç. ) 7 yerdə dayanacaqlar genişləndirilərək 20 metr uzunluğunda, 3,5 metr enində xüsusi cibli hissələr və 115 saylı orta məktəbin önündə isə xüsusi cibli parkinq yeri yaradılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol