• $
  • €
  • ₽
  • ₺
  • £

“Applab” layihələri Yeni Fikir müsabiqəsinin qalibləridir

“Applab” layihələri Yeni Fikir müsabiqəsinin qalibləridir
06.06.2016 11:28
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə "AppLab” proqramının iştirakçıları olan "Kvotter” və "Flapus” layihələrinin Qafqaz Universiteti (Texnopark) tərəfindən təşkil olunmuş "Yeni Fikir 2016” müsabiqəsində (Yeni Fikir Müsabiqəsi) 1-ci və 2-ci yerləri tutduqlarını elan edir.

Yeni Fikir Müsabiqəsinin (YFM) məqsədi innovativ sahibkarlığın inkişafına dəstək verməkdir. O, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

"AppLab üzvlərinin hər bir uğurlu addımının şahidi olmaq bizi çox sevindirir. Milli mobil operator olaraq, biz Azərbaycanda sürətlə inkişaf edən İKT sektorunun gələcəyinin təməlini qoyan gənc istedadlara dəstək göstərməkdən fəxr hissi duyuruq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. "Bakcell və onun tərəfdaşları AppLab ailəsinə üzv seçilmiş hər bir layihəni bərabər imkanlar və alətlərlə təmin edir. Bu cür yanaşma isə onların sağlam rəqabət mühitində inkişaf etməsi üçün daha bir zəmin yaradan amildir”,-deyə cənab Hadziç əlavə edib.

AppLab proqramının yetirməsi olan "Kvotter” layihəsinin məqsədi istifadəçilərə kitablardan, jurnallardan, internet səhifələrindən və hətta rəqəmsal cihazlardan oxuduqları bəyənilmiş sitatları paylaşmaq imkanı verən sosial şəbəkə yaratmaqdır. İstifadəçilər adi kameradan istifadə edərək istənilən mətn və ya fotoşəkilləri skan edib asanlıqla dostları ilə paylaşa bilərlər.

AppLab proqramının digər məzunu olan "Flapus” layihəsi istifadəçilərin bir-birinə mətn mesajları kimi sadə xatırlatma bildirişləri göndərməsini imkanlaşdıran smartfonlar üçün asan idarəolunan tapşırıqlar meneceridir. Bu proqram istifadəçilərin özləri üçün tapşırıqlar yaratmasını və başqalarına tapşırıqlar göndərməsini asanlaşdıraraq, tapşırığı alan adamların lazım olan zaman və ya yerdə xəbərdar olmalarını təmin edir. Başqalarının özləri üçün görüləcək işlərin siyahısını tutacaqlarına ümid etməkdənsə, "Flapus” istifadəçilərə birbaşa olaraq başqaları üçün tapşırıqlar yaratmağa və onlara bu tapşırıqları nə vaxt və ya hansı məkanda xatırlatmağa imkan verir.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, Wayra UK şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol