• $
  • €
  • ₽
  • ₺
  • £

FED rəsmiləri dolların bahalaşmasının təxirə salınacağına işarə edib

FED rəsmiləri dolların bahalaşmasının təxirə salınacağına işarə edib
06.06.2016 17:09
 ABŞ-da kənd təsərrüfatı istisna olmaqla, məşğulluqla bağlı açıqlanan statistik rəqəmlərin son 6 ildə ən aşağı göstərici olduğu məlum olandan sonra nəzərlər bu gün Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen Filadelfiyada Xarici İşlər üzrə Şuranın iclasındakı çıxışına yönəlib.

"APA-Economics" xəbər verir ki, belə bir zamanda FED-in 3 nümayəndəsi pul siyasəti ilə bağlı maraqlı açıqlama verib.

FED-in Boston üzrə rəhbəri Erik Rozenqren bildirib ki, may ayı üzrə məşğulluqla bağlı statistik göstəricilərin neqativ olmasına baxmayaraq, ABŞ iqtisadiyyatı qışda müşahidə edilən tempdən fərqli olaraq yenidən canlanıb. FED-in uçot dərəcəsini artırmaq istiqamətində irəlilədiyini deyən E. Rozenqren tənzimləyicinin qarşıdan gələn iclasda (14-15 iyun) belə bir addımın atılmaması ilə bağlı siqnal verib.
 
E. Rozenqren əlavə edib ki, may ayı üzrə məşğulluq statistikası ikinci rübün proqnozları ilə ziddiyyət təşkil edir: "Bu proqnozlarda may ayı üzrə zəif göstəricilərin bir anormallıq, yoxsa əmək bazarında bir yavaşlamanı göstərdiyini anlamaq önəmlidir".
 
FED-in rəhbərliyində təmsil olunan Lael Brainard isə ehtiyatlı siyasətin tərəfdarıdır. Onun sözlərinə görə, zəif qlobal iqtisadi artım sonunda FED-in hər hansı bir hərəkətinə bazarlar dərhal reaksiya verəcək. L. Rainard əlavə edib ki, qlobal artımın az olması FED-in görəcəyi tədbirlərin sürətinə və həcminə mənfi təsir edir.
 
FED-in Klivlend üzrə rəhbəri Loretta Mester bildirib ki, ABŞ-da məşğulluqla bağlı açıqlanan rəqəmlər ümumi iqtisadi mənzərəni dəyişdirmir və mərhələli faiz artımlarının uyğun olacağını göstərir: "Pul siyasəti hədəflərimizə mütəmadi olaraq çatacağımıza və mərhələli faiz artımının daha uyğun olacağına inanıram. Faizlərin nə zaman artırılması isə statistik göstəricilərdən asılıdır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol