• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya yeni avtobuslar gətiriləcək

Bakıya yeni avtobuslar gətiriləcək
01.07.2016 14:56
Yeni avtobuslar 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq

Bakıda avtomobil nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin gediş-gəlişinin asanlaşdırılması məqsədilə paytaxta yeni sərnişin avtobusları gətiriləcək. Bunu "Report"a açıqlamasında nəqliyyat vasitələrini paytaxta gətirəcək "Xaliq Faiqoğlu" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov bildirib. 

Onun sözlərinə görə, bu ilin sonuna qədər 55 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobuslar gətiriləcək. 

"Yeni avtobuslar da, digər avtobuslarımız kimi "Euro-5” standartına cavab verəcək. Bu avtobuslar geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənəcək. Bundan başqa, avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Biz fiziki imkanları məhdud insanları da nəzərə almışıq, həmçinin avtobuslarda yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar quraşdırılıb. 24 oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Avtobusların yan şüşələri salona düşən günəş işığını təsirini təxminən 80% azaldır", - deyə F.Sadıqov əlavə edib. 

Qeyd edək ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan "Xaliq Faiqoğlu” MMC-nin balansında təxminən 300 avtobus var. Yeni gətiriləcək nəqliyyat vasitələri 

şirkətə məxsus 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol