• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Nazirliyindən “kəsir” açıqlaması

Maliyyə Nazirliyindən “kəsir” açıqlaması
21.07.2016 11:08
Maliyyə Nazirliyi tərəfindən açıqlanan büdcənin icrasına dair operativ məlumatda bildirilir ki, 2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 6 milyard 133,8 milyon manat, xərcləri 6 milyard 821,5 milyon manat olmuş, 687,7 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. 

687,7 milyon manatlıq kəsir ilə bağlı ictimaiyyətdə suallar yaranıb, bu kəsir "hökumətin yığa və ya tapa bilmədiyi pul” kimi şərh olunur.

ANN.Az "Marja”-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, yaranmış kəsir dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanıb.

"2016-cı ilin altı ayında 687,7 milyon manat məbləğində yaranmış kəsirin maliyyələşdirilməsi 2016-cı ilin əvvəlinə dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanılıb.

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən Maliyyə Nazirliyinə təqdim etdikləri sifarişlər tam və vaxtında maliyyələşdirilib”,- M.Priyev bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol