• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Batumi reysi ləğv olunur? - AÇIQLAMA

Bakı-Batumi reysi ləğv olunur? - AÇIQLAMA
14.09.2016 16:28
Bu ilin iyul ayında açılan Bakı-Batumi reysinin ləğv ediləcəyi haqda məlumatlar yayılıb. Bakı-Batumi reysi üçün nəzərdə tutulan avtobusların ölkədaxili marşurut xətlərində istifadəyə verildiyi bildirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bu məlumatlara aydınlıq gətirib.

Şöbə rəisi AzVision.az-a bildirib ki, Bakı-Batumi reysi əsasən yay aylarında daha çox sərnişin təlabatı olduğu üçün fəaliyyət göstərir.

"İyun iyul, avqust aylarında həddindən çox sərnişin sıxlığı müşahidə olunurdu. Lakin havalar soyuduqca, payız fəsli yaxılnlaşdığı üçün sərnişin sayı azalıb. Amma bu tamamilə Bakı-Batumi reysinin ləğv edilməsi demək deyil. Sadəcə avtobus sayı azaldılıb ki, bu da mövsümlə əlaqədardır”. 

Ş.Mehmanqızı vurğulayıb ki, növbəti yay fəsli üçün bu xətt üzrə avtobus sayının bir neçə dəfə artırılacağı nəzərdə tutulur: "Bu mövsüm o qədər sərnişin təlabatı ilə rastlaşdıq ki, növbəti yay fəsli üçün avtobus sayının artırılmasını nəzərdə tutumuşuq. Təbii ki, reysin ləğvi gündəmdə deyil. Bunun üçün Gürcüstanda bu sahədə fəaliyyət göstərən nəqliyyat şirkətlər ilə müqavilə bağlanılıb. Təbii ki, əlaqələr normal şəkildə davam edəcək. Lakin hazırda sərnişin sıxlığı az olduğu üçün həmin avtobuslardan Respublika daxili xətlərdə istifadə edilməsi mümkündür”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol