• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirin açıqlamalarından sonra qiymətlər düşür

Nazirin açıqlamalarından sonra qiymətlər düşür
20.09.2016 16:28
Neft bazarında cari tələbə uyğunlaşmaq üçün neft hasilatı 10% azaldılmalıdır. 

ANN.Az report-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino açıqlama verib. 

Açıqlama yayıldıqdan sonra hər bareli 46 dollardan baha satılan "Brent" markalı neftin qiyməti 45 dollara düşüb. Hazırda isə qiymət 45,6 dollar/bareldir. 

Pinoya görə, dünya neft hasilatının hazırkı həcmi 94 mln. barelə bərabərdir. Lakin neft bazarında tələb və təklifi tarazlaşdırmaq üçün hasilat həcmi 10% və ya 9 mln. barel azaldılmalıdır.

Nazirin açıqlaması investorların diqqətini yenidən neft bazarında təklifin izafiliyi probleminə çevirib. Neft bazarı, həmçinin bu gün ABŞ neft institutu tərəfindən açıqlanması gözlənilən həftəlik neft ehtiyatlarının dinamikası barədə məlumatı gözləyir. 

"Report"un analitik qrupunun fikrincə, Venesuelanın neft nazirinin açıqlamaları belə bir nəticəyə gəlməyə əsas verir ki, sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasilatçısı ölkələrinin sammitində iştirakçı ölkələr hasilatı dondurmağa qərar versə belə, neft bazarında təklif tələbi xeyli üstələyəcək. Çünki neftin təklifi getdikcə artmaqda, neft tələbi isə qlobal iqtisadi artımın səngiməsi səbəbindən azalcaqdır. Əlavə olaraq ABŞ-da neft hasilatının getdikcə artması da qiymətlərin  dinamikasına mənfi təsir edir. İlin sonuna qədər neftin yenidən 30-35 dollar/barel diapazonuna qədər ucuzlaşacağı ehtimal edilir. 

Milli.Az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol