• $
  • €
  • ₽
  • ₺
  • £

"OPEK hasilatın bir milyon barel azaldılmasını müzakirə edəcək"

"OPEK hasilatın bir milyon barel azaldılmasını müzakirə edəcək"
28.09.2016 20:16
OPEK-ə üzv olan ölkələrin nümayəndələri bu gün Əlcəzairdə keçirilən iclasda il ərzində sutkalıq hasilatın 1 milyon barel azaldılmasını müzakirə edəcək. 

APA-nın məlumatına görə, bu barədə "The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən xəbər verir.

Təklif olunur ki, Səudiyyə Ərəbistanı sutkalıq hasilatı 400 min barel azaltsın. Avqustda krallıq sutkada təxminən 10,6 milyon barel neft hasil edib.

Mənbə bildirir ki, İrana sutkalıq hasilatı 3,7 milyon barel səviyyəsində dondurulmasını təklif olunur. Bu isə avqust ayının göstəricisindən bir qədər çoxdur.

"İnandırıcı deyil ki, bu gün keçiriləcək qeyri-formal görüşdə bu plan razılaşdırılsın. OPEK üzvləri yalnız noyabr ayında keçiriləcək növbəti rəsmi iclasın ssenarisi ətrafında müzakirələr aparacaq”, - deyə mənbə əlavə edib.

Bu planın qəbulu neftin qiymətlərinə dəstək istiqamətində atılacaq ilk konkret addım olacaq. Bundan başqa, plan qəbul olunarsa, bu o deməkdir ki, bazar payını qorumaqda israrlı olan Səudiyyə Ərəbistanı öz sərt mövqeyindən çəkiləcək.

İranın isə reaksiyası hələ də məlum deyil. İran sutkalıq hasilatı təxminən 4 milyon barelə çatdırmağı planlaşdırıb.

Ötən gün İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki, qarşıdan gələn görüşdə sırf məsləhətləşmələr aparmaq niyyətindədir və hasilatın dondurulması ilə bağlı hər hansı qərara dəstək verməyəcək.

OPEK tərəfindən sutkalıq hasilatın 1 milyon barel azaldılması ucuz neft dövründə yığılan ehtiyatların da azalmasına səbəb olacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol