• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda evlərin qiyməti ucuzlaşdı

Bakıda evlərin qiyməti ucuzlaşdı
04.10.2016 13:45
Daşınmaz əmlak bazarında yay aylarında qiymətlərdə müəyyən azalmalar olur. 

Adətən payız aylarından başlayaraq nisbi artım hiss olunur. Lakin daşınmaz əmlak bazarındakı hazırkı vəziyyət qiymətlərin ilin sonuna qədər sabit qalacağı ehtimalını verir.
 
Bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
 
Ekspert bildirib ki, Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2016-cı ilin avqustunda iyulla müqayisədə 0,74 faiz azalıb.
 
Onun sözlərinə görə, iyulda cüzi artımdan sonra avqustda qiymətlər yenidən aşağı düşməyə başlayıb:
 
"Qiymətlər 2016-cı ilin əvvəlinə olan göstərici ilə müqayisədə 27,85 faiz, 2015-cu ilin avqust ayının göstəricisi ilə müqayisədə isə 28,74 faiz azalıb".
 
Ekspert qeyd edib ki, ümumilikdə daşınmaz əmlak bazarında qiymətlərin enməsi ilkin mənzil və kommersiya obyektlərinin seqmentindəki ucuzlaşma ilə bağlıdır:
 
"Avqustda ilkin mənzil bazarında əvvəlki aylarla müqayisədə 3,47 faiz azalma müşahidə edilib, ilin əvvəlində isə qiymətlər 24,53 faiz azalıb. Kommersiya obyektlərinə gəlincə, burada ilin əvvəlindən qiymətlər 22,36 faiz, avqustda isə 6,69 faiz azalma müşahisə olunub".
 
N.İbrahimov əlavə edib ki, torpaq sahələri bazarında isə qiymətlər iyulla müqayisədə 0,66 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,69 faiz azalıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol