• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ev tikmək asanlaşır

Azərbaycanda ev tikmək asanlaşır
07.10.2016 19:46
Azərbaycanda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının sifarişçiyə cavab vermə müddəti qısaldılır.
 
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə yeni dəyişikliyin edilməsi nəzərdə tutulur.
 
Yeni dəyişikliyə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə verdiyi məlumata müvafiq icra orqanından daha qısa zaman ərzində cavab tələb olunacaq. Başqa sözlə, müvafiq icra hakimiyyəti oprqanları üçün layihəyə cavab vermə müddəti qısaldılır.
 
Layihəyə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu zaman tələblərə uyğunluğunun yoxlanılması məqsədilə həmin obyektlərin layihəsinin baş planını, habelə torpaq üzərində olan mülkiyyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini icra orqanına təqdim edir.
 
Yeni layihədə təklif edilir ki, müvafiq orqanlar mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün 10 gün müddətində (hazırda 1 ay) layihəyə dair iradlarını sifarişçiyə təqdim etməzsə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda isə onlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
 
Layihəyə görə, müvafiq orqanlar insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin sayı 3 metrdən, ümumi sahəsi 1400 kvadrat metrdən və tikinti sahəsi 1000 kvadrat metrdən çox olmayan tikinti obyektlərinin inşası üçün baş ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 aya layihəyə dair iradlarını sifarişçiyə təqdim etməlidir. Hazırda isə belə obyektlərin inşası üçün ümumilikdə 1 ay müddətində iradlar təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər.
 
Yeni layihədə məcəlləyə əlavənin edilməsi də təklif edilir. Həmin əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı qeyd edilən müddət bitdiyi vaxtdan 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət Reyestrinə təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.
 
Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin inşası başa çatdıqdan sonra sifarişçi bu barədə müvafiq icra hakimiyyəti orqanına ya poçtla, ya da bilavasitə özü məlumat təqdim edir.
Barəsində məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektlərinin inşasına icazənin alınması tələb olunmur. Yuxarıda qeyd edilən obyektlərin tikintisi üçün də məlumatlandırma icraatı həyata keçirilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol