• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in telekommunikasiya sahəsində yenilik

Azercell-in telekommunikasiya sahəsində yenilik
14.10.2016 14:19
"Azercell Telekom” MMC müştəri xidmətlərində innovativ bir addım atır. Şirkət özəl abunəçilərinə fərdi yanaşma təklif edir. Son illər ərzində Azercell-ə sadiq olan abunəçilər üçün "Premium Müştəri Xidmətləri” yaradılıb.  
 
13 oktyabr 2016-cı il tarixində özəl abunəçilər üçün keçirilən mərasimdə "Azercell Telekom” MMC yeni "Premium Müştəri Xidmətləri”ni təqdim etdi. Artıq bu ilin oktyabr ayından etibarən bir qrup sadiq və şirkət xidmətlərindən daha çox yararlanan aktiv abunəçilərə "Premium Müştəri xidmətləri” göstərilir. Bu qrupa daxil edilən hər bir fərdi abunəçi üçün müştəri xidmətlərində xüsusi kurator təyin edilib. 

"Premium Müştəri Xidmətləri”nin bir çox üstünlükləri var. Onlardan biri, bu qrup çərçivəsində Premium abunəçilərə müxtəlif  istisna xidmətlərin göstərilməsidir. Belə ki, hər bir Premium abunəçi şəxsi kuratoru ilə fərdi şəkildə onu maraqlandıran məsələlərə aydınlıq gətirir. Bu zaman nömrə sahibinə mobil cihazla əlaqədar texiniki dəstək verilir, yaranmış hansısa çətinliklər prioritet formada dərhal həll edilir. 

Bundan əlavə, "Azercell” şirkəti Premium müştəriləri üçün xüsusi kampaniyalar da təşkil edir. Məsələn, bu abunəçilərin Avropaya etdiyi zənglər və rouminqdə olarkən danışıqlarına görə 15 faiz endirim nəzərdə tutulub. Azercell tərəfindən özəl müştəriləri üçün xüsusi "Ad günü” kampaniyası da nəzərdə tutulub. 
 
Premium müştəri siyahısına düşmək üçün seçim meyarlarına gəlincə isə qeyd etmək lazımdır ki, bu müştərilərə Azercell-in "Hədsiz” tarifi sahibləri, 5 il ərzində aktiv olan abunəçilər və son ardıcıl 6 fakturası 100 AZN-dən artıq olan faktura, həmçinin SimSim abunəçiləri aiddir. 

Təqdimat mərasimində Azercell-in Premium müştəriləri iştirak edib. Onlara yeni xidmətin üstünlükləri və özəllikləri nümayiş etdirilib.  



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol