SOCAR hələ manatla istiqraz buraxmaq istəmir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hələ ki, manatla istiqraz buraxmaq istəmir.
"Report” xəbər verir ki, bunu SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirib.
Onun sözlərinə görə, hazırda Şirkət yalnız dollarla istiqraz buraxmaq barədə düşünür: "Məqsəd faiz ödəməkdən əlavə əhalinin əlində olan dollar vəsaitlərini iqtisadiyyata cəlb etməkdir. Bunu hazırda dollarlaşma ilə bağlı vəziyyət də tələb edir. Əgər dollarlaşma dayanarsa, manat istiqrazları barədə düşünmək olar”.
A.Ağaoğlu onu da deyib ki, SOCAR hələlik ən yaxşı halda dollara bağlı manat istiqrazları barədə nə isə planlaşdıra bilər: "Söhbət dəyərinin bir hissəsi dollarla, bir hissəsi manatla ödənilən istiqrazdan gedə bilər”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Son xəbərlər 
Daha çox 






















