• $
  • €
  • ₽
  • ₺
  • £

DGK: Rüsumların artmasını biz təklif etmişdik

DGK: Rüsumların artmasını biz təklif etmişdik
18.10.2016 18:59
Azərbaycanda idxal zamanı ərzaq məhsulları üçün gömrük rüsumlarının artırılması daxili bazarın qorunması məqsədilə həyata keçirilir.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

"Ərzaq məhsullarının idxalı zamanı gömrük rüsmlarının artımı daxili bazarın qorunması məqsədilə həyata keçirilir. Rüsum tətbiq edilən malların çeşidi ilə tanış olsaq, görərik ki, bu, əsasən meyvə-tərəvəz, şirələr, həmçinin alkoqolsuz içkilər və tikinti materiallarıdır. Rüsumların tətbiqi qiymət artımına gətirib çıxarmayacaq, əksinə, daxili bazarda istehsalı qoruyacaq və inkişaf etdirəcək”, - deyə A.Əliyev bildirib.

Bu təklifin Dövlət Gömrük Komitəsi də daxil olmaqla bir neçə təşkilat tərəfindən irəli sürüldüyünü deyən A.Əliyev qeyd edib ki, Azərbaycanda idxal əməliyyatları zamanı quş əti və quş əti məhsulları, həmçinin yumurta və s. rəqəm olaraq böyük yer tutmur: "Amma daxili bazarın qorunması ilə bağlı bu qərar bizə lazım idi. Ötən il Rusiya ilə birgə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz"in tətbiqinə dair sənəd imzaladıq. Dövlət başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyi proqramı yerinə yetirilməlidir. Eyni zamanda, Azərbaycanda kənd təsərrüfatı məhsulları ixrac yönümlü məhsullardır, nəinki Rusiya, eləcə də MDB məkanında yaxşı tanınır. Bu sahənin inkişafı üçün şərait yaradılmalıdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol