• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişindaşımaya yararsız avtobuslar utilizasiya ediləcək

Sərnişindaşımaya yararsız avtobuslar utilizasiya ediləcək
01.11.2016 12:55
Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində taniş olmaq məqsədi ilə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində (8-ci km bazarının yaxınlığındakı dayanacaq cibində) monitorinq keçirib.
 
Bu barədə "Report"a BNA-dan bildirilib.

Məlumata görə, monitorinqdə Agentliyin baş direktoru Vüsal Kərimli, müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər. Monitorinq çərçivəsində 8-ci km bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xətləri üzrə 10-dan artıq avtobusa baxış keçirilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır.

V.Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı ayrılıqda aktlaşdırılıb.

Baş direktor müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib. Onun sözlərinə görə, paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanılıb. Bununla bağlı nəzərdə tutulan tədbrilər planına əsasən, ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb. Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq.

V.Kərimli sürücü-sərnişin münasibətlərində də müəyyən çatışmazlıqların olduğunu vurğulayıb. O, daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbrilər görüləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol