• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın “Təlim məktəbi” layihəsi çərçivəsində ünsiyyət məhdudiyyətli vətəndaşlar üçün kurslar başladı

“Nar”-ın “Təlim məktəbi” layihəsi çərçivəsində ünsiyyət məhdudiyyətli vətəndaşlar üçün kurslar başladı
07.11.2016 20:49
"Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan "Təlim məktəbi” layihəsi rəsmən start götürdü. 

Belə ki, "Uğur akademiyası” və "Asan könüllüləri” ilə birgə "Həyat bizimlə daha rəngarəng” şüarı altında reallaşdırılan layihə çərçivəsində unsiyyət məhdudiyyətli vətəndaşlardan ibarət ilk qrup 7 noyabr 2016-cı il tarixində artıq dərslərə başladı.

75 nəfərədək ünsiyyət məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulan kurslar "Təlim məktəbi” layihəsinə görə tədrisi planlaşdırılmış dörd istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürdü. Qeyd edək ki, təlimlər unsiyyət problemləri olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşacaqdır. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis olan Günay Əmirovadır.

Eyni zamanda, 7 noyabrdan etibarən, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndiriləcək, həftə ərzində təşkil olunacaq görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım ediləcəkdir.

Xatırladaq ki, "Nar” artıq 3 ildir ki, özünün KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. "Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

"Nar”KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol