• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qışa hazırdırmı? - RƏSMİ

Azərbaycan qışa hazırdırmı? - RƏSMİ
06.12.2016 13:45
Son günlər bir sıra rayonlarda havaların qarlı-şaxtalı keçməsi, yolların buz bağlaması və digər məsələlər sürücülər üçün müxtəlif problemlər yaradır.

Belə ki, rayonlara yağan qar və yağış nəticəsində bir neçə yol sıradan çıxıb. Bu, həmin ərazilərə gediş-gəlişi daha çətinləşdirir. 
Azərbaycanda nəqliyyat sistemi qışa nə qədər hazırdır? Qış rejiminə keçidlə əlaqədar hansı işlər görülür?

ANN.Az məsələsi ilə əlaqədar "Azəryolservis" ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli havaların soyuması ilə əlaqədar yolların qardan təmizləmə işlərinin həyata keçirilirdiyini bildirib:

 
"Bu istiqamətdə müvafiq addımlar atılır. Buz bağlamış yollara duz və qum səpilir. Harada problem yaşanırsa, həmin ərazilərə problemin aradan qaldırılması üçün texnika göndərilir. Yolların buz bağlaması təbiət hadisəsidir. Bu işdə sürücülərin özləri də qış fəslinə hazır olmalıdır. Aidiyyatı qurumlar qışa nə qədər hazır olsa da, avtomobillər də qaydasında olmalıdır. Avtonəqliyyat vasitəsinin qış şinləri yoxdursa, həmin maşınlar da qış fəslində mütləq şəkildə problem yaranacaq, maşınlar sürüşəcək. Biz nə qədər yollara duz, qum səpsək də, sürücü yay şini ilə avtomobili idarə edirsə, bu zaman problem qaçılmazdır. Bu o demək deyil ki, aidiyyatı qurumlar iş görmür, yox. Qurumlarla yanaşı, sürücülər də qış fəslinə hazır olmalıdır”. 

"Duz, qum səpgisi ilə əlaqədar texnikların hamısı hazır vəziyyətdədir. Hər bir əraziyə texnikanı qısa müddət ərzində cəlb etmək mümkün deyil. Gərək, Azərbaycanda o qədər texnika olsun ki, bütün yollarda "keşik” çəksinlər. Bu, qeyri-mümkündür. Ona görə də, yolların kənarlarında duz və qum qarışığından ibarət ehtiyat toplanıb. Sürücülər həmin ehtiyatdan istifadə edib, yollarına davam edə bilərlər”, - deyə A. Nəcəfli əlavə edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ANN.Az-a vasitəsilə soyuq və şaxtalı havalarla bağlı sürücülərə xəbərdarlıq edib:

 
 
"Soyuq hava ilə əlaqədar yol və metereoloji şərait nəzərə alınmalıdır. Belə havada mütləq şəkildə sürət həddi minimuma endirilməlidir. Ara məsafəsi normadan artıq saxlanılmaldır. Şəhər sakinlərinin şəxsi avtomobillərdən deyil, daha çox ictimai nəqliyyat vasitəsində istifadə edilməsi tövsiyyə edilir. Soyuq və şaxtalı hava şəraitində daha çox avtomobil idarəetməyə uyğunlaşan sürücülərə şərait yaratmaq lazımdır. Texniki cəhətdən yaxşı vəziyyətdə olan avtomobillərdən istifadə edilməlidir. Hava şəraitini nəzərə alaraq, mövsümi təkərlərin istifadəsi vacib şərtdir. Təkərlərin təzyiqi hər bir avtomobil üçün standart səviyyədə olmalıdır”.  

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov ANN.Az-a açıqlamasında havaların soyuq keçməsi ilə əlaqədar sürücülərin bu qaydalara mütləq əməl etməli olduqlarını vurğulayıb: 

 
 
"Ümumiyyətlə, sürücülər avtomobillərə istər yay, istərsə də qış aylarında texniki qulluq göstərməlidirlər. Qış rejiminə keçidlə əlaqədar sürücülərin görməli olduğu ilk iş təkərlərin qış şinləri ilə əvəz edilməsidir. Buzlu yollarda şinlərə zəncir keçirməlidirlər. Mühərrikin soyuducu mayesi, şüşə silənlərin qaydasında olması, avtomobilin qızıdırma sisteminin düzgün işləməsi (salonu qızdıran zaman ön şüşələr buz bağlayarsa, tez əriməsini təmin etmək) duman əleyhinə işıqların daimi yandırılması, akkumulyator (enerji) bateryasına nəzarət etməli (elektrik paylama gücü zəif olan avtomobillərin yola çıxması düzgün deyil) və digər qaydalara mütləq şəkildə əməl edilməlidir”. 

Ekspert bir sıra dünya ölkələrində qış şinlərinə keçməsinin məcburi olduğunu deyib: 

"Məsələn, Rusiyada noyabrın 1-dən aprelin 1-nə qədər qış təkərlərinin salınması məcburidir. Bu, bizdə məcburi deyil. Çünki Azərbaycanın 70-80% bölgəsində qış çox sərt keçmir”, - deyə Ə. Hüseynov qeyd edib.  

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol