• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü

“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
06.12.2016 16:32
"Təlim məktəbi” layihəsinin ikinci mərhələsi başladı

"Nar”, "Uğur akademiyası” və "Asan könüllüləri” tərəfindən birgə həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsini qarşısına məqsəd qoyan "Təlim məktəbi” sosial layihəsi növbəti mərhələyə keçir. Layihənin ikinci mərhələsi çərçivəsində 25 nəfər ünsiyyət məhdudiyyətli gənc üçün kompüter təmiri üzrə təlim kursları keçiriləcəkdir.

Kurslar İT və komputer cihazları təmiri sahəsində 10 ildən çox təcrübəyə malik olan mütəxəssis tərəfindən aparılacaqdır. Təlim boyu iştirakçı gənclərə kompüter təmiri ilə yanaşı, əsas kompüter xidmətləri (format işləri, müxtəlif proqramların yazılması və s.) öyrədiləcəkdir. "Təlim məktəbi” kurslarının ikinci mərhələsinin 2 ay müddətində davam etməsi planlaşdırılmışdır.

Qeyd edək ki, "Həyat bizimlə daha rəngarəng” şüarı altında həyata keçirilən "Təlim məktəbi” layihəsinin əsas məqsədi ünsiyyət məhdudiyyətli şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaqdır. "Nar” operatorunun dəstəyi ilə 75 nəfərədək ünsiyyət məhdudiyyətli gəncin iştirakını nəzərdə tutan "Təlim məktəbi” layihəsi rəsmən 7 noyabr 2016-cı il tarixdə başlamış və tədrisi planlaşdırılmış dörd istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürmüşdü.

Xatırladaq ki, "Nar” artıq 3 ildir ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. "Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

"Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol