• $
  • €
  • ₽
  • ₺
  • £

Torpaqları qanunsuz zəbt edənlər cərimələndi – MONİTORİQ

Torpaqları qanunsuz zəbt edənlər cərimələndi – MONİTORİQ
08.12.2016 19:14
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı və regionlarda aktiv monitorinqləri davam etdirir. 

Bu gün dekabrın 8-də keçirilən araşdırmalar zamanı torpaq sahəsinin zəbt olunması və təyinatının dəyişdirilməsi ilə bağlı faktlar aşkarlanıb. 

Komitədən Oxu.Az-a verilən məlumta görə, monitorinqlər Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində keçirilib.

Monitorinq zamanı bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının və kateqoriyasının özbaşına dəyişdirilməsi faktı aşkarlanıb.

Belə ki, belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahəsinin zəbt olunması halları müəyyən edilib.

Monitorinq zamanı aşkar olunmuş pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub. Bu akt və protokollar pozuntuya yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim edilib. 

Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib. 

Xatırladaq ki, Komitənin indiyədək keçirdiyi belə monitorinqlər sayəsində istifadədən kənarda qalmış, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır. 

Ümumilikdə, komitə tərəfindən keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1000-dən çox hal üzrə inzibati xətaya yol vermiş fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək müvafiq cərimələr tətbiq olunub.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol