• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana investisiya yatıran və ləğv edilən şirkətlərin sayı - SİYAHI

Azərbaycana investisiya yatıran və ləğv edilən şirkətlərin sayı - SİYAHI
23.12.2016 20:12
"Cari ilin yanvar-noyabr aylarında ölkə üzrə cəmi 127 180 vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 464 vergi ödəyicisi və ya 77,3% çoxdur”.

ANN.Az xəbər verir ki,bunu Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər.
 
Məlumata görə, qeydiyyata alınanlardan 7350-si hüquqi, 119 830-u fiziki şəxsdir:
"Hüquqi şəxslərin qeydiyyatında artım 35,9 % təşkil edir. 2016-cı ilin 11 ayı ərzində yeni qeydiyyata alınan və fəaliyyətini bərpa edən vergi ödəyicilərinin sayı fəaliyyətini dayandıran və ləğv edilən vergi ödəyicilərinin cəmi sayından 40 605 ədəd çoxdur.
Göründüyü kimi, bu sahədə də müsbət dinamika var. Yəni iqtisadiyyatda yaranmış müəyyən çətinliklərin fonunda biznes fəaliyyəti ilə məşğul olanların sayında əhəmiyyətli artım müşahidə olunur”.
 
Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlindən etibarən Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 634-ü xarici investisiyalı şirkətlərdir:
 
"Cari ildə qeydiyyata alınmış vergi ödəyiciləri arasında Almaniya, Böyük Britaniya, Pakistan, Türkiyə, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsveçrə, İtaliya və s. ölkələrin şirkətləri üstünlük təşkil edir. Belə şirkətlərdən ABŞ-ın "Argus Limited" şirkətinin Azərbaycan Respublikasindaki nümayəndəliyi, "MMS Holdings Group,llc" şirkətinin Azərbaycan Respublikasindaki filialı, "Tera İnternational Group, inc." şirkətinin Azərbaycan Respublikasindaki filialı, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiyanin "Technoservice Troup llp" şirkətinin Azərbaycan Respublikasindaki filialı, "Epi limited” şirkətinin Azərbaycan Respublikasindaki filialı, "Cieco BTC (uk) limited" şirkətinin Azərbaycan Respublikasindaki nümayəndəliyi, Fransanın "Schneider Electric Middle East Projects şirkəti"nin Azərbaycan Respublikasındakı filialı, Almaniya Federativ Respublikasinin "İBBAZ" MMC, "Socar-Uniper" MMC, "İxun Lasertechnik" MMC-nin Azərbaycan Respublikasindaki filialı, "Parsimpex" MMC–nin Azərbaycan Respublikasindaki filialı, Avstriyanin "Vega İnternational Car-transport and Logistic-trading gesellschaft m.b.h”-in Azərbaycan Respublikasindaki nümayəndəliyi, "Globe Consultants" MMC, İtaliya Respublikasının "Lisy logistic information systems" MMC, "02 Farm" MMC, Niderland Krallığının "DHL Global Forvarding Azərbaycan" MMC, Norveç Kralliğinin "Qinterra Technologies AS" şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Nexans Norvay AS” Şirkətinin Azərbaycan Respublikasindaki filialı, Pakistan Respublikasının "Rabia travel and tourism" MMC, "Rabah Investment" MMC və "Automotive Electronics Systems" şirkətləri, Sinqapurun "Vud Qrup Internəşənal Servisis Pte. Ltd." şirkətinin Azərbaycan Respublikasindakı filiali və "Alliance Marine Accommodation" MMC, Birləşmiş Ərəb Əmirliklərinin "Sigma Energy Marine Fze" şirkətinin Azərbaycan Respublikasindakı filiali və digərlərini misal göstərmək olar”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol