• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Baş planına yenidən baxılacaq

Bakının Baş planına yenidən baxılacaq
24.12.2016 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər İcra Hakimiyyətinin iradlarını qəbul edib, Ələtdə aeroportun tikintisi məqsədəuyğun hesab olunmayıb.

"Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinə yenidən baxılacaq.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 22-də Şəhərsalma və Tikinti Məcəlləsinin ərazi planlaşdırılması üzrə icraat 6-cı fəslindəki prosedurlara müvafiq olaraq Bakı Dövlət Layihə İnistitutu tərəfindən təqdim olunmuş "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinin ilkin ictimai müzakirəsi keçirilib. Tədbirdə müxtəlif dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri işştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd məhz layihə ətrafında fikir mübadiləsinin aparılması və layihə ilə bağlı irad və təkliflərin öyrənilməsi olub.
 
Müzakirələrin nəticələri əsasında layihəyə dair tövsiyyələr, təklif və iradlar bildirilib. Qeyd olunanlar, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan iradları qısa müddətdə aradan qaldırılması ilə əlaqədar Bakı Dövlət Layihə İnstitutuna aşağıdakı tapşırıqlar verilib:
- Metro xətləri "Bakı Metropoliteni" QSC-nin 2035-ci ilə olan perspektiv inkişaf konsepsiyasına uyğunlaşdırılması;
- Ələtdə sərnişin hava limanının tikintisi məqsədəuyğun hesab edilmədiyi üçün layihədən çıxarılması;
- Mənzil fondu üzrə rəqəmlərin dəqiqləşdirilməsi;
- Söküntü həcmlərinə yenidən baxılması;
- İqtisadi göstəricilərin dəqiqləşdirilməsi;
- Nəzərdə tutulan mərkəzlər və buradakı əhali saylarının dəqiqləşdirilməsi;
- Qeyd olunanları nəzərə alaraq layihənin təshih olunaraq yenidən təqdim edilməsi.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol