• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil və xəz dərilərin qiyməti bahalaşacaq

Avtomobil və xəz dərilərin qiyməti bahalaşacaq
25.12.2016 15:47
Gələn ildən avtomobillərin, yaxtaların, şubalar, xəzli paltoların, kürklərin qiyməti bahalaşacaq.
 
Bu artımı  idxal mallarına  tətbiq olunacaq aksiz dərəcəsinin qaldırılması şərtləndirəcək.

Vergi qanunvericiliyində  2017-ci il yanvarın 1-dən qüvvəyə minən  dəyişikliklərdən biri də ölkəyə idxal olunan avtomobillərin aksiz dərəcələrinin artırılması ilə bağlıdır. Belə ki, yeni dəyişikliklərə görə, mühərrikin həcmi  çox olan avtomobillərdən idxal olunarkən  daha çox aksiz vergisi alınacaq.
 
Bu dəyişiklik mühərrikin həcmi 2000 kubsantimetrə qədər olanlara şamil olunmur.  Ona görə də həmin avtomobillərin qiymətlərində bahalaşma tempi az olacaq, əsasən qiymət bahalaşması mühərrikin həcmi 2000 kubsantimetrdən çox olanlarda müşahidə olunacaq və mühərrikin həcmi artdıqca qiymət daha da yüksələcək. Məsələn mühərrikinin həcmi  5000  kubsantimetrdən çox olan avtomobillər üçün  gələn ilə qədər 13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat aksiz vergisi ödənilirdisə, gələn ildən belə  avtomobillər üçün 31 400  manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat aksiz vergisi ödənilməlidir.
Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda isə  indiyə qədər 400 manat + mühərrikin  həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat ödəyənlər gələn ildən 400 manat +  hər kubsantimetr üçün 2 dəfə çox, 3 manat ödəyəcəklər.

Mühərrikinin həcmi  4000 kubsantimetrədək olduqda isə  1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat  aksiz vergisi tələb olunurdusa, növbəti ildən belə avtomobillər üçün hesablamalar 3400 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat olacaq. Nəhayət, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda əvvəllər  5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat ödəyəniş tələb olunurdusa, 2017-ci ilin 1 yanvarından tətbiq olunan yeni qaydalara görə, ödənişlər 11 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat olacaq.

Gələn ildən ölkəyə gətirilən  İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə də tətbiq olunan aksiz dərəcləri atırılacaq. Əgər əvvəllər yaxtaların mühərrikinin həcminin hər kubsantimetrinə  görə - 3 manat aksiz vergisi ödənilirdisə, gələn ildən aksiz dərəcəsi 6 manat olacaq.

Bununla yanaşı 2017-ci ilin 1 yanvarından idxal olunan xəz-dəri məmulatları da aksiz vergisinə dərc olunacaq. Bu da o deməkdir ki, gələn ildən şubalar, kürklərin  və digər bu tip geyim əşyalarının qiymətləri baha olacaq.

Bu dəyişiklikləri şərh edərkən onu bildirmək istərdim ki,  xüsusilə də mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avrtomobillərə aksiz dərəclərinin artırılması düzgündür. Bu dəyişiklik həm də ekoloji baxımdan əhəmiyyətlidir. Baxmayaraq  ki, aksiz dərəcələrinin  qaldırılması qiymət artımına və idxalın azalmasına səbəb olacaq, maşın parkının yeniləşməsinə mənfi təsir göstərəcək,  amma bu dəyişikliklər xüsusilə də indiki böhran şəraitində  məqbul hesab oluna bilər.

Burda narahatçılıq doğuran əsas məqam odur ki, bu gün avtomobilin qiymətlərinin  bahalaşmasına rəvac verən vergi siyasəti sahah benzinin qiymətinin  artırılmasına da əsaslar yarada bilər. 
 
Mənbə: fins.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol