• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı
30.12.2016 09:02

Brent neftinin qiyməti bu il 53%, WTI isə 46% artıb.

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,37% artaraq bir barelə görə 57,06 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,32% bahalaşaraq 53,94 dollara satılıb.

APA-nın məlumatına görə isə, sonuncu dəfə Brent markalı neftin qiyməti cari ilin dekabrın 12-də 57 dollar həddini keçə bilib.

Ötən gün ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikada qeyd edilib ki, ölkənin kommersiya neft ehtiyatları 614 min barel artıb. Bu, cari ilin yanvar ayından etibarən ən aşağı artım səviyyəsidir. Beləliklə, bu amil neftin bahalaşmasına təkan verib.

Maraqlıdır ki, "Bloomberg” agentliyinin analitikləri ehtiyatların 1,5 mln. barel azalacağını proqnozlaşdırıb.

Təbii ki, nefti bahalaşdıran əsas amil OPEK və qeyri-OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı əldə etdiyi razılaşmadır.

Yeri gəlmişkən, WTI markalı neftin qiyməti bu il ərzində isə 46% artıb.

Brent markalı neft isə bu il 53% bahalaşıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol