Azərbaycanda yalnız bir bankın vergi borcu var

Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankından yalnız birinin dövlət büdcəsinə vergi borcu var.
Bu barədə "Report"a Vergilər Nazirliyindən (VN) bildirilib.
Məlumata görə, söhbət "Atabank" ASC-dən gedir. Bu günə olan məlumata görə, Bankın vergi borcu 32 162 manat təşkil edir.
Xatırladaq ki, VN-in bu il yanvarın 1-də faiz və maliyyə sanksiyaları üzrə borcunu sildiyi banklar arasında "Atabank" da var. Kredit təşkilatının 46 402 manat borcu bağışlanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Son xəbərlər 
Daha çox 






















